Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 15-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
“Klermon” – “Lill” matçında qapılara qol vurulmayıb. “Nitsa” “Reyms”i, “Strasburq” “Havr”ı məğlub yola salıb. “Mets” isə evdə “Brest”ə minimal hesabla uduzub.
Cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkən və aşkar autsayderə çevrilən Lion “Olimpik”i nəhayət ki, bu turda “Tuluza” ilə ev oyunundan qalib ayrılmağı bacarıb.
Marsel “Olimpik”i də “Loryan”la səfər oyununda inamlı qələbəyə sevinib.
Beləliklə, 15 turdan sonra 36 xala malik PSJ vahid liderdir. “Nitsa” 32 xalla 2-ci, “Monako” 30 xalla 3-cüdür. “Lill” 27, “Brest” 25, Marsel “Olimpik”i, “Lans” və “Reyms” 23, “Nant” 18, “Strasburq” 17, “Havr” və “Mets” 16, “Renn” isə 15 xal toplayıblar.
Fransa, Liqa 1
15-ci tur
8 dekabr
Monpelye – Lans 0:0
9 dekabr
Renn – Monako 1:2
Qollar: Buriqe, 90 – Vanderson, 51. Fofana, 85.
PSJ – Nant 2:1
Qollar: Barkola, 41. Kolo Muani, 83 – M.Məhəmməd, 55.
10 dekabr
Nitsa – Reyms 2:1
Qollar: Laborde, 55. Boqa, 82 – Abdelhamid, 78.
Klermon – Lill 0:0
Mets – Brest 0:1
Qol: Le Duaron, 75.
Strasburq – Havr 2:1
Qollar: Emeqa, 21. Silla, 90+6 – Salmye, 49.
Olimpik (Lion) – Tuluza 3:0
Qollar: Lakazette, 25; 29; 80.
Loryan – Olimpik (Marsel) 2:4
Qollar: Favr, 41. Mendi, 52 – Mbemba, 3. Obameyanq, 9; 42. Balerdi, 33.


