“Qarabağ” müraciət etdi, metronun iş rejimi dəyişdi

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçin “Hakken” klubu ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, Ağdam klubu bu qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Klubun müraciəti və bu qarşılaşmaya Azərbaycanda marağın böyük olması nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyən azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib. Bakı metropoliteni dekabrın 14-dən 15-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Xatırladaq ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” oyununa saat 21:45-də start veriləcək.

Son tur ərəfəsində “Qarabağ” yer aldığı qrupda 7 xalla ikinci pillədə qərarlaşıb. “Hakken” isə xal qazana bilməyib və qrup sonuncusudur.

Xəbəri sosial şəbəkələrdə paylaş: