Kapitan huşunu itirdi, “Bornmut” – “Luton Taun” oyunu ləğv edildi

İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş “Bornmut” – “Luton Taun” oyunu (1:1) rəsmən ləğv edilib.

Arena.az məlumat verir ki, qonaq komandanın müdafiəçisi və kapitanı Tom Lokyer huşunu itirdikdən sonra oyunun hakimləri yekdilliklə müvafiq qərar qəbul ediblər.

Xatırladaq ki, oyunun 59-cu dəqiqəsində 29 yaşlı Lokyer rəqiblə heç bir təmas olmadan meydanın mərkəzi dairəsinin yaxınlığında öt üzərinə yıxılıb. Hər iki komandanın fizioterapevtləri və həkimləri dərhal onun köməyinə gəliblər. Bundan sonra futbolçu xərəkdə tribuna otağına aparılıb və azarkeşlər ayağa qalxaraq onu alqışlayıblar.

Əvvəlcə oyunun baş hakim Saymon Huper futbolçuları meydandan çıxararaq oyunu dayandırıb. Daha sonra hakimlər briqadası bu görüşü dayandırmaq qərarına gəlib. Oyun dayandırılan vaxtda hesab bərabər olub – 1:1.

Qarşılaşmanın aqibəti ilə bağlı qərarın daha sonra açıqlanması gözlənilir.

Premyer Liqada keçirdiyi 16 oyundan sonra “Bornmut” 19 xalla 14-cü yerdə, “Luton Taun” isə 9 xalla 18-ci yerdə qərarlaşıb. Premyer Liqaya 37 xalla “Liverpul” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: