Azərbaycan millisinin heyətində dəyişiklik edildi

Futzzal üzrə DÇ-2024-ün elit-raundunda dekabrın 20-də Niderlandla qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Arena.az xəbər verir ki, baş məşqçi Vitali Borisov Emil Həsənzadəni və Rumıniya ilə görüşdə zədələnən Amadeunu səfərə aparmayacaq.

Əvəzində “Neftçi” İK-dan Mirzə Əmirov və karyerasını Belçikanın “Anderlext” klubunda davam etdirən Eduardo Borges milliyə qoşulacaq.

Azərbaycan millisinin Niderlandla oyun üçün heyəti belədir:

Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov;

Oyunçular: Ülvi Əliyev, Rafael Vilela, Nihad İsmayılov, Eduardo Borges, Fərid Atakişiyev, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amir Şocaei, Oktay Rüstəmli, Hadi Ahmadi, Tofiq Mikayılov, Mirzə Əmirov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: