67 günkük macəra bitdi – Dieqo Alonso “Sevilya”dan qovuldu

Uruqvaylı mütəxəssis Dieqo Alonso La Liqa təmsilçisi “Sevilya”nın sükanı arxasında uğrusuz çıxışından sonra vəzifəsindən qovulub.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Belə ki, “Sevilya” Dieqo Alonsonu komandanın baş məşqçisi vəzifəsindən azad etdiyini açıqlayıb. Klub uruqvaylı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib və ona gələcəkdə uğurlar arzulayıb.

Alonso cari mövsümə başlaması ilə uğrusuz çıxış edən “Sevilya”nın sükanı arxasına komandanı böhran çıxarmaq ümidi ilə gətirilmişdi. Amma uruqvaylı mütəxəssisin cəhdləri ağır oyun böhranı mənzərəsində bərbad nəticələr göstərərək mövqelərini itirən “Sevilya”nı girdabdan qurtara bilməyib. Əvvəlcə, Əndəlus klubu UEFA Çempionlar Liqasında qrup sonuncusu olaraq, avrokuboklarla vidalaşıb. Bu mənzərdə La Liqanın autsayderləri arasından qurtulmağa çalışan “Sevilya” məqsədinə demək olar ki, nail olmayıb.

Dekabrın 16-da La Liqanın 17-ci turu çərçivəsində “Xetafe”ni qəbul etmiş Əndəlus təmsilçisi 0:3 hesabı ilə məğlub olub. Məhz bu nəticə “Sevilya” rəhbərliyinin uruqvalı mütəxəssislə əməkdaşlığa xitam verməsi ilə nəticələnib.

48 yaşlı Dieqo Alonso “Sevilya”nı cəmi 67 gün çalışdırıb. Uruqvaylı mütəxəssisin 14 oyunda cəmi 2 qələbəsi var. Digər oyunlar – 5 heç-heçə, 7 məğlubiyyətlə başa çatıb, top fərqi isə 16:21 nisbətindədir.

Hazırda “Sevilya” La Liqanın turnir cədvəlində 13 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: