Simone İnzaqi ÇL-də “Atletiko”ya rəqib olmaları haqda danışdı

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatmasının nəticəsi barədə danışıb.

Arena.az məlumat verir ki, püşk “İnter”ə Madrid “Atletiko”sunu rəqib edib.

“Bizi iki gözəl, dolu stadionda oynayacaq iki yüksək səviyyəli komanda ilə əla qarşılaşma gözləyir. Simeone mənim gözəl münasibətim olan əla məşqçidir. Mən futbolçu olanda onunla çox şey qazanmışam, o cümlədən “Latsio” ilə çempionluğu”, – “Atletico Universe” dərgisi İnzaqinin sözlərini sitat gətirir.

Xatırladaq ki, bu gün UEFA-nın Nyon şəhərindəki (İsveçrə) mənzil-qərargahında Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

1/8 final mərhələsinin ilk oyunları 2024-cü il fevralın 13-ü, 14-ü, 20-si və 21-də, cavab oyunları isə martın 5-i, 6-ı, 12-si və 13-də keçiriləcək.

2023/2024 mövsümünün UEFA Çempionlar Liqasının finalı 2024-cü il iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Ötən mövsüm “İnter” turnirin həlledici oyununa çıxa bilsə də, İnzaqinin yetirmələri “Mançester Siti”yə minimal hesabla məğlub olmuşdular – 0:1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: