“Qarabağ” – “Braqa”: Oyunların başlama saatları açıqlandı

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” və “Braqa”a arasında keçiriləcək oyunların başlama saatı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

Belə ki, Azərbaycan və Portuqaliya təmsilçiləri arasındakı ilk qarşılaşma 2024-cü ilin fevralında “Braqa”nın meydanında baş tutacaq. Ayın 15-də “Estadio Municipal de Braqa”da keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Bu komandalar arasındakı cavab görüşü isə bir həftə sonra, fevralın 22-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyuna saat 21:45-də start veriləcək.

Xatırladaq ki, “Qarabağ” – “Braqa” cütünün qalibi Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: