Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Qəbələdə baş tutub.
“İmişli” və “Qəbələ” komandaları arasında keçirilən oyunda uzun müddət qapılara qol vurulmayıb. Hər kəs matçın əlavə vaxta gedəcəyini düşündüyü bir vaxtda səhnəyə çıxan Mehrac Baxşalı əsas vaxta əlavə olunmuş dəqiqələrdə vurduğu qolla “Qəbələ”ni növbəti mərhələyə daşıyıb.
Xatırladaq ki, daha öncə “Sabah”, “Sumqayıt” və “Araz-Naxçıvan” komandaları 1/4 finala vəsiqə qazanmışdılar. Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan görüşləri 20 və 21 dekabrda keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final
19 dekabr
“İmişli” – “Qəbələ” 0:1
Qol: Mehrac Baxşalı, 90+3.
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Qəbələ şəhər stadionu, 16:00.
İmişli: 13. Mehman Hacıyev, 3. Nodar Məmmədov, 5. Nihad Tamazov, 6. Nəbi Məmmədov, 8. Tolqar Yaquvov (k), 9. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 17. Gülağa Əsədov, 2. Tonia Tisdel, 23. Gilyerme Silva, 30. Ezekiel Morqan.
Ehtiyat oyunçular: 1. Mövlan Kərimov, 29. Ayhan Arazlı, 7. Emin Quliyev, 4. Fərid Nadirov, 57. Məzahir Əhmədov, 32. Rəhim Cəfərli.
Baş məşqçi: Əsgər Abdullayev.
Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 72. Osama Xalayla, 17. Yaovi Akakpo, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.


