Avropa Məhkəməsi müvafiq qərarı ilə Super Liqaya yaşıl işıq yandırdıqdan sonra böyük futbol beşliyi bu qərara münasibətini açıqlayıb.
Arena.az məlumat verir ki, İspaniya, İngiltərə, İtaliya, Fransa və Almaniya futbol rəhrərliklərinin mövcud sistem ətrafında həmrəyliyi diqqət çəkib.
Belə ki, federasiya və liqaların UEFA-nın tərəfində mövqe tutması mənzərəsində, bir çox klublar da müstəqil surətdə Super Liqaya qarşı çıxıblar.
Artıq böyük futbol beşliyi ölkərinin düşərgəsindən Super Liqadan imtina etmiş və UEFA-nın mövqeyini dəstəkləyən klubların bəyanatları ucalıb:
İngiltərə Premyer Liqası:
“Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, “Mançester Siti”;
İspaniya La Liqası:
“Sevilya”, “Valensiya”, “Atletiko” (Madrid), “Real Sosyedad”, “Vilyarreal”;
İtaliya A Seriyası:
“İnter”, “Atalanta”, Roma;
Almaniya Bundesliqası:
“Bayern”, “Borussiya” (Dortmund), “Bayer” (Leverkuzen)
Fransa Liqa 1-i:
PSJ, “Monako”
Digər klubların da yerli liqaların və futbol nəhənglərinin cəbhəsinə keçəcəyi ehtimal edilir.


