Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turun oyunlarına hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu gün keçiriləcək “Qəbələ” – “Sabah” görüşünü FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Sabah baş tutacaq “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu Rəvan Həmzəzadəyə, “Sumqayıt” – “Səbail” görüşü isə Rəşad Əhmədova həvalə olunub.
Turun və ilin sonuncu oyun gününə təsadüf edəcək “Neftçi” – “Kəpəz” matçında Fərid Hacıyev söz sahibi olacaq.
“Zirə” ilə “Qarabağ” arasında baş tutacaq turun mərkəzi qarşılaşması isə Cavid Cəlilova tapşırılıb.
Qeyd edək ki, bu oyunlarla mövsümün 2023-cü il dönəmi tam yekunlaşacaq.
Premyer Liqa
18-ci tur
22 dekabr
“Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu. 16:00.
23 dekabr
“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübarizə Hüseynov.
Tovuz şəhər stadionu. 16:00.
“Sumqayıt” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Sumqayıt Arena”. 18:30.
24 dekabr
“Neftçi” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi Arena”. 16:00.
“Zirə” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu. 18:30.


