Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Vulverhempton” doğma meydanda “Çelsi” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı bu matç London təmsilçisinin növbəti məğlubiyyəti ilə başa çatıb.
Bu turun “Mançester Siti” – “Brentford” qarşılaşması isə “şəhərlilər”in FİFA Klub Dünya Kubokundakı iştirakı ilə əlaqədar təxirə salınıb.
Beləliklə, 18 turdan sonra 40 xala malik “Arsenal” vahid liderdir. İkinci pilləyə şərik olan “Liverpul”la “Aston Villa”nın 39 xalı var. “Tottenhem” 36 xalla dördüncü, bir oyun az keçirmiş “Mançester Siti” 34 xalla beşincidir. “Vest Hem”in 30, “Nyukasl”ın 29, “Mançester Yunayted”in 28, “Brayton”un 27, “Çelsi”, “Vulverhempton” və “Bornmut”un 22 xalı var.
İngiltərə, Premyer Liqa
18-ci tur
21 dekabr
Kristal Pelas – Brayton 1:1
Qollar: Ayyu, 45+1 – Uelbek, 82.
22 dekabr
Aston Villa – Şeffild Yunayted 1:1
Qollar: Zaniolo, 90+8 – Arçer, 87.
23 dekabr
Vest Hem – Mançester Yunayted 2:0
Qollar: Bouen, 72. M.Kudus, 78.
Fulhem – Börnli 0:2
Qollar: Odober, 47. Berge, 66.
Luton Taun – Nyukasl 1:0
Qol: Taunsend, 25.
Nottingem Forest – Bornmut 2:3
Qollar: Elanqa, 47. Vud, 74 – Solanke, 51; 58; 90+4.
Tottenhem – Everton 2:1
Qollar: Riçarlison, 9. Son, 18 – A.Qomes, 82.
Liverpul – Arsenal 1:1
Qollar: Salah, 29 – Qabriel, 4.
24 dekabr
Vulverhempton – Çelsi 2:1
Qollar: Lemina, 51-pen. Doherti, 90+3 – Nkunku, 90+6.


