“Turan Tovuz” Antalyaya gedir – 3 yoxlama oyunu keçirəcək

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk yarısını 7-ci pillədə başa vuran “Turan Tovuz”un qış hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, sözügedən komanda mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşacaq.

Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, hazırlıq məqsədi ilə komanda yanvarın 3-də Antalyaya yollanacaq. Lara bölgəsindəki “ASK Lara” otelində məskunlaşacaq Tovuz təmsilçisi burada ayın 17-nə qədər hazırlıq keçəcək. Baş məşqçi Ayxan Abbasov komandasını hazırlıq çərçivəsində 3 yoxlama oyununda sınaqdan keçirəcək.

Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunları haqda əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Turan Tovuz” mövsümün ilk iki dövrəsindən sonra 22 xalla 7-ci pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi 18 oyunda 6 qələbə qazanıb, 4 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: