Kristiano Ronaldo Marselonun oğluna Milad hədiyyəsi etdi

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo “Real”da birgə çıxış etdiyi məşhur Marselonun oğluna Milad hədiyyəsi edib.

Arena.az məlumat verir ki, Ronaldo oğlana özünün “Əl-Nəsr” formasını hədiyyə verib.

Məşhur hücumçu forma üzərində ürək sözlərini yazıb və imzasını atıb.

Marselonun oğlu öz növbəsində sosial şəbəkə üzərindən Ronaldoya təşəkkürünü ifadə edib:

“Çox sağ ol, Kriş! Mən səni sevirəm, sən mənim kumirimsən” – yazıb.

Xatırladaq ki, hazırda “Fluminense”də çıxış edən braziliyalı sol cinah müdafiəçisi Marselo Ronaldo ilə yaxın dostdur. Marselo “Kral Klubu”na 2007-ci ildə “Fluminense”dən keçərək, 2022-ci ilə qədər burada çıxış edib. Ronaldo isə 2009-cu ildə madridlilərə qoşulub və 2018-ci ilə qədər “Real”da tarix yazıb.

Cütlük birlikdə İspaniya nəhənginin heyətində 4 dəfə Çempionlar Liqasının, 2 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kral Kubokunun və 3 dəfə Avropa Super Kubokunun qalibi olub.

Kristiano Ronaldo isə 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal hücumçunun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 23 oyuna çıxıb. O, bu oyunlarda 21 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib. Təcrübəli hücumçu bu oyunlarda 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: