Bu gün, dekabrın 26-da İngiltərə Premyer Liqasında oyunu 2008-ci ildən bəri ilk dəfə qaradərili baş hakim idarə edib.
Arena.az məlumat verir ki, əlamətdar hadisə Premyer Liqanın 19-cu turu “Şeffild Yunayted” – “Luton” (2:3) oyununa təsadüf edib.
Beləliklə oyunu idarə etmiş 42 yaşlı Samuel Allison 2008-ci ildən bəri Premyer Liqa oyununu idarə etmiş ilk qaradərili hakim olub.
Sonuncu dəfə İngiltərə Premyer Liqasında oyun idarə etmiş qaradərili baş hakim “Tottenhem” – “Liverpul” oyununda (0:2) idarə etmiş Yuray Renni olub.
Xatırladaq ki, iyul ayında İngiltərə Futbol Assosiasiyası (The FA) əhalinin “tarixən az təmsil edilmiş” təbəqəsindən hakimlərin 50% daha çoxunu 2026-cı ilə qədər işə götürməyi planlaşdırır. İngiltərə Futbol Assosiasiyası 3 il ərzində qadın hakimlərin sayını 1000 nəfər artırmağı, həmçinin futbolun bütün səviyyələrində qaradərili və ya asiyalı hakimlərin faizini artırmağı hədəfləyir.
Bundan əvvəl 40 yaşlı Rebekka Uelç İngiltərə Premyer Liqasının oyununda ilk qadın hakim kimi tarix yazmışdı. Uelç Premyer Liqanın 18-ci turunun 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatmış “Fulhem” – “Bernli” oyununu idarə etmişdi.



