Premyer Liqa: MY-dən əzmkar, “Liverpul”dan inamlı qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 19-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Nyukasl” doğma meydanda “Nottingem Forest”ə, “Şeffild Yunayted” isə “Luton Taun”a məğlub olub.

“Bornmut” doğma meydanda “Fulhem”ə böyük hesabla qalib gəlib. Səfərdə “Börnli” ilə qarşılaşan “Liverpul” da turu inamlı qələbə ilə başa vurub.

“Mançester Yunayted” isə “Aston Villa” ilə ev oyununda hesabda 0:2 geri düşməsinə baxmayaraq, əzmkar qələbəyə sevinib.

İngiltərə, Premyer Liqa
19-cu tur
26 dekabr

Nyukasl – Nottingem Forest 1:3
Qollar: A.İsak, 23-pen – Vud, 45+1; 53; 60.

Bornmut – Fulhem 3:0
Qollar: Kluyvert, 44. Solanke, 62. Sinisterra, 90+3.

Şeffild Yunayted – Luton Taun 2:3
Qollar: Makbörni, 61. Ahmedhodziç, 69 – Dauti, 17. Robinson, 77-öz qapısına. Slimane, 81-öz qapısına.

Börnli – Liverpul 0:2
Qollar: D.Nunes, 6. D.Jota, 90.

Mançester Yunayted – Aston Villa 3:2
Qollar: Qarnaço, 59; 71. Hoylund, 82 – Makqinn, 21. Dendonker, 26.

27 dekabr

23:30. Brentford – Vulverhempton
23:30. Çelsi – Kristal Pelas
00:15. Everton – Mançester Siti

28 dekabr

23:30. Brayton – Tottenhem
00:15. Arsenal – Vest Hem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: