Premyer Liqa: Çempiondan əzmkar, “Çelsi”dən çətin qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Brentford” – “Vulverhempton” matçında qonaqlar əzmkar qələbə qazanıblar.

“Çelsi” doğma meydanda “Kristal Pelas” üzərində çətin qələbəyə sevinib.

Səfərdə “Everton”la qarşılaşan “Mançester Siti” də turu əzmkar qələbə ilə başa vurub.

Bu tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
19-cu tur
26 dekabr

Nyukasl – Nottingem Forest 1:3
Qollar: A.İsak, 23-pen – Vud, 45+1; 53; 60.

Bornmut – Fulhem 3:0
Qollar: Kluyvert, 44. Solanke, 62. Sinisterra, 90+3.

Şeffild Yunayted – Luton Taun 2:3
Qollar: Makbörni, 61. Ahmedhodziç, 69 – Dauti, 17. Robinson, 77-öz qapısına. Slimane, 81-öz qapısına.

Börnli – Liverpul 0:2
Qollar: D.Nunes, 6. D.Jota, 90.

Mançester Yunayted – Aston Villa 3:2
Qollar: Qarnaço, 59; 71. Hoylund, 82 – Makqinn, 21. Dendonker, 26.

27 dekabr

Brentford – Vulverhempton 1:4
Qollar: Vissa, 16 – Lemina, 13. Hvan, 14; 28. Belleqarde, 79.

Çelsi – Kristal Pelas 2:1
Qollar: Mudrik, 13. Madueke, 89-pen – Olise, 45+1.

Everton – Mançester Siti 1:3
Qollar: Harrison, 29 – Foden, 53. X.Alvares, 64-pen. B.Silva, 87.

28 dekabr

23:30. Brayton – Tottenhem
00:15. Arsenal – Vest Hem

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: