Fernando Rejes “Sevilya”dan ayrıldı – Rəsmi

İspaniyanın “Sevilya” klubu Braziliyan olan yarımmüdafiəçisi Fernando Rejes ilə müqaviləsinə xitam verildiyini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilənin qarşılıqlı razılıq əsasında ləğv olunduğu diqqətə çatdırılıb. Təcrübəli oyunçunun Braziliyaya qayıtmağa hazırlaşdığı bildirilir. Onun şəxsi səbəblərlə əlaqədar bu klubdan ayrılmağa qərar verdiyi iddia olunur.

Xatırladaq ki, Fernando Rejes 2019-cu ilin yayından “Sevilya”da çıxış edirdi. O, həmin vaxt Türkiyənin “Qalatasaray” klubundan 4,5 milyon avro qarşılığında transfer edilmişdi. Təcrübəli futbolçu sözügedən komandanın heyətində bütövlükdə 167 matça çıxıb. Braziliyalı yarımmüdafiəçi bu görüşlərdə 7 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Dayaq yarımmüdafiəçisi olan Rejes daha öncə “Vila Nova”, “Portu”, “Estrela Amadora”, “Mançester Siti” və “Qalatasaray”da da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: