Premyer Liqa: MY uduzdu, MS və “Çelsi” sevindi – Video

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

Səfərdə “Luton Taun”la qarşılaşan “Çelsi” çətin qələbəyə sevinib. Son çempion “Mançester Siti” isə “Şeffild Yunayted”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Nottingem Forest”in qonağı olan “Mançester Yunayted” isə bu dəfə ümidləri doğrultmayıb. “Qırmızı şeytanlar” səfərdən məğlubiyyətlə qayıdıblar. Bu, Mançester təmsilçisinin ölkə çempionatının cari mövsümündəki 9-cu məğlubiyyətidir. “Nottingem Forest” isə tarixində ilk dəfə Premyer Liqa çərçivəsində “Mançester Yunayted”ə qalib gəlib.

“Aston Villa” evdə “Börnli”yə, “Kristal Pelas” “Brentford”a, “Vulverhempton” isə “Everton”a qalib gəlib.

20-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İngiltərə, Premyer Liqa
20-ci tur
30 dekabr

Luton Taun – Çelsi 2:3
Qollar: Barkli, 80. Adebayo, 87 – Palmer, 12; 70. Madueke, 37.

Aston Villa – Börnli 3:2
Qollar: Beyli, 28. Diabi, 42. D.Luis, 89-pen – Amduni, 30. Foster, 71.

Kristal Pelas – Brentford 3:1
Qollar: Olise, 14; 58. Eze, 39 – Lyuis-Potter, 2.

Mançester Siti – Şeffild Yunayted 2:0
Qollar: Rodri, 14. X.Alvares, 61.

Vulverhempton – Everton 3:0
Qollar: Kilman, 25. Kunya, 53. Douson, 61.

Nottingem Forest – Mançester Yunayted 2:1
Qollar: N.Dominqes, 64. Gibbs-Uayt, 82 – Raşford, 78.

31 dekabr

18:00. Fulhem – Arsenal
18:00. Tottenhem – Bornmut

1 yanvar

00:00. Liverpul – Nyukasl

2 yanvar

23:30. Vest Hem – Brayton

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: