Azərbaycan Premyer Liqasında “Turan Tovuz” fərqi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ilk yarısının oyunlarını 132 min 959 tamaşaçı izləyib.

Arena.az xəbər verir ki, ilk iki dövrədə baş tutan 90 matçda orta tamaşaçı sayı 1477-yə bərabər olub.

18 turun rekordu Tovuzda qeydə alınıb. 10-cu turun oktyabrın 20-də keçirilən “Turan Tovuz” – “Qarabağ” görüşündə (2:2) 6000 seyrçi qeydə alınıb.

Qərb təmsilçisi çempionatın tamaşaçı sayındakı mütləq lideridir. “Turan Tovuz”un ev oyunlarını orta hesabla 4322 izləyici seyr edib.

Tovuzlular ən yaxın izləyicilərini 2 dəfədən çox üstələyir. Lideri ötən mövsümün mükafatçıları izləyir. “Neftçi” 2-ci, “Sabah” 3-cü, “Qarabağ” 4-cü yerdə qərarlaşıb. Bu dörd komandadan başqa “Sumqayıt”la “Kəpəz”də də orta göstərici 1000-dən yüksəkdir.

Azərbaycan Premyer Liqasında ilk iki dövrənin azarkeş statistikası

yerkomandatamaşaçıoyunorta
1Turan Tovuz3890094322
2Neftçi1719691911
3Sabah1340491489
4Qarabağ14418101442
5Sumqayıt1183691315
6Kəpəz962581203
7Zirə84809942
8Səbail81009900
9Qəbələ61809687
10Araz-Naxçıvan48209536
  Cəmi132959901477
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: