Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Ötən tur evdə “Vest Hem”ə uduzan “Arsenal” bu turda da “Fulhem”lə səfər oyununda xalsız qalıb.
Londonun digər təmsilçisi “Tottenhem” isə “Bornmut”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.
20-ci turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
İngiltərə, Premyer Liqa
20-ci tur
30 dekabr
Luton Taun – Çelsi 2:3
Qollar: Barkli, 80. Adebayo, 87 – Palmer, 12; 70. Madueke, 37.
Aston Villa – Börnli 3:2
Qollar: Beyli, 28. Diabi, 42. D.Luis, 89-pen – Amduni, 30. Foster, 71.
Kristal Pelas – Brentford 3:1
Qollar: Olise, 14; 58. Eze, 39 – Lyuis-Potter, 2.
Mançester Siti – Şeffild Yunayted 2:0
Qollar: Rodri, 14. X.Alvares, 61.
Vulverhempton – Everton 3:0
Qollar: Kilman, 25. Kunya, 53. Douson, 61.
Nottingem Forest – Mançester Yunayted 2:1
Qollar: N.Dominqes, 64. Gibbs-Uayt, 82 – Raşford, 78.
31 dekabr
Fulhem – Arsenal 2:1
Qollar: R.Ximenes, 29. Kordova-Reyd, 60 – Saka, 5.
Tottenhem – Bornmut 3:1
Qollar: Sarr, 9. Son, 72. Rişarlison, 80 – Skott, 84.
1 yanvar
00:00. Liverpul – Nyukasl
2 yanvar
23:30. Vest Hem – Brayton


