Premyer Liqa: “Liverpul” 2024-cü ilə qələbə ilə başladı

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə cəmi bir qarşılaşma baş tutub.

Premyer Liqanın 2024-cü ildəki ilk qarşılaşmasında “Liverpul” doğma meydanda “Nyukasl”la münasibətlərinə aydınlıq gətirib. Məhsuldar keçən qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb. Bu qələbədən sonra xal ehtiyatını 45-ə çatdıran “Liverpul” vahid liderə çevrilib.

İngiltərə çempionatının 20-ci turuna sabah keçiriləcək “Vest Hem” – “Brayton” oyunu ilə yekun vurulacaq.

İngiltərə, Premyer Liqa
20-ci tur
30 dekabr

Luton Taun – Çelsi 2:3
Qollar: Barkli, 80. Adebayo, 87 – Palmer, 12; 70. Madueke, 37.

Aston Villa – Börnli 3:2
Qollar: Beyli, 28. Diabi, 42. D.Luis, 89-pen – Amduni, 30. Foster, 71.

Kristal Pelas – Brentford 3:1
Qollar: Olise, 14; 58. Eze, 39 – Lyuis-Potter, 2.

Mançester Siti – Şeffild Yunayted 2:0
Qollar: Rodri, 14. X.Alvares, 61.

Vulverhempton – Everton 3:0
Qollar: Kilman, 25. Kunya, 53. Douson, 61.

Nottingem Forest – Mançester Yunayted 2:1
Qollar: N.Dominqes, 64. Gibbs-Uayt, 82 – Raşford, 78.

31 dekabr

Fulhem – Arsenal 2:1
Qollar: R.Ximenes, 29. Kordova-Reyd, 60 – Saka, 5.

Tottenhem – Bornmut 3:1
Qollar: Sarr, 9. Son, 72. Rişarlison, 80 – Skott, 84.

1 yanvar

Liverpul – Nyukasl 4:2
Qollar: Salah, 49; 86. Cons, 74. Qakpo, 78 – A.İsak, 54. Botman, 81.

2 yanvar

23:30. Vest Hem – Brayton

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: