Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən məhsuldar futbolçularının yekun siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə IFFHS-in rəsmi saytı məlumat yayıb.
Siyahıya Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kristiano Ronaldo başçılıq edir. 38 yaşlı hücumçu ilin son günlərində ümumi qol sayını 54-ə çatdıraraq, birinci pilləyə yüksəlib.
Hesabında 52 qol olan Kilian Mbappe ilə Harri Keyn 2-3-cü pillələri bölüşürlər. Zədə səbəbindən ilin son oyunlarını buraxmaq məcburiyyətində qalan Erlinq Haland isə 50 xalla 4-cü olub.
2023-cü ilin ən məhsuldar futbolçularının yekun siyahısının ilk 20 pilləsində bu oyunçular qərarlaşıblar:
- Kristiano Ronaldo (“Əl-Nəsr”, Portuqaliya) – 54 qol (klubda 44 – millidə 10)
- Kilian Mbappe (PSJ, Fransa) – 52 (42 – 10)
- Harri Keyn (“Tottenhem”/“Bayern”, İngiltərə) – 52 (43 – 9)
- Erlinq Haland (“Mançester Siti”, Norveç) – 50 (44 – 6)
- Qarban Kuqlan (“Kaşmere Texnikal”, İrlandiya) – 42 (hamısı klubda)
- Romelu Lukaku (“İnter”/“Roma”, Belçika) – 40 (25 – 15)
- Denis Buanqa (“Los Anceles”, Qabon) – 40 (38 – 2)
- Xerman Kano (“Fluminense”, Argentina) – 40 (hamısı klubda)
- Barnabas Varqa (“Pakş”/“Ferentsvaroş”, Macarıstan) – 39 (35 – 4)
- Santyaqo Ximenes (“Feyenord”, Meksika) – 39 (37 – 2)
- Nemanya Bilbiya (“Zrinski”, Bosniya və Herseqovina) – 39 (hamısı klubda)
- Berqson (“Johor Darul”, Braziliya) – 39 (hamısı klubda)
- Uqo Kuypers (“Gent”, Belçika) – 38 (hamısı klubda)
- Eran Zahavi (“Makkabi”, Təl-Əviv, İsrail) – 38 (37 – 1)
- Kərim Benzema (“Real”/“Əl-İttihad”, Fransa) – 38 (hamısı klubda)
- Lautaro Martines (“İnter”, Argentina) – 37 (hamısı klubda)
- Məhəmməd Salah (“Liverpul”, Misir) – 36 (30 – 6)
- Vangelis Pavlidis (“Alkmar”, Yunanıstan) – 36 (hamısı klubda)
- Mauro İkardi (PSJ, “Qalatasaray”) – 36 (hamısı klubda)
- Sem Filip (“Kraystçerç”, Yeni Zelandiya) – 36 (hamısı klubda)


