“Turan Tovuz” Antalyada bu 3 komanda ilə qarşılaşacaq

2023/2024 mövsümünün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanacaq “Turan Tovuz”un yoxlama görüşlərindəki rəqibləri məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yanvarın 17-nə qədər Antalyada hazırlığını davam etdirəcək komanda ilk yoxlama oyununa yanvarın 9-da çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.

Hazırlıq çərçivəsində növbəti oyunlar isə yanvarın 15-də keçiriləcək. Həmin gün baş məşqçi Ayxan Abbasov 2 yoxlama oyununda komandanı sınaqdan keçirəcək. Günün ilk oyununda komanda Macarıstan təmsilçisi “Şiofok”la qarşılaşacaq. İkinci oyundakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.

Xatırladaq ki, “Turan Tovuz” mövsümün ilk iki dövrəsindən sonra 22 xalla 7-ci pillədə qərarlaşıb. Tovuz təmsilçisi keçirdiyi 18 oyunda 6 qələbə qazanıb, 4 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: