Premyer Liqa: “Vest Hem”lə “Brayton” yeni ilə 1 xalla başladılar

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Vest Hem” doğma meydanda “Brayton”la qarşılaşıb. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu oyunda qapılara qol vurulmayıb.

Beləliklə, 20 turdan sonra 45 xala malik “Liverpul” vahid liderdir. “Aston Villa” 42 xalla ikinci pillədə qərarlaşıbsa, son çempion “Mançester Siti” ilə “Arsenal”ın hesabında 40 xal var. “Tottenhem” 39, “Vest Hem” 34, “Brayton”la “Mançester Yunayted” 31 xal toplayıblar. “Nyukasl”ın 29, “Çelsi” və “Vulverhempton”un 28, “Bornmut”un 25, “Fulhem”İn 23, “Kristal Pelas”ın 21, “Nottingem Forest”in 20, “Brentford”un 19, “Everton”un 16, “Luton Taun”un 15, “Börnli”nin 11, sonuncu olan “Şeffild Yunayted”in isə 9 xalı var.

İngiltərə, Premyer Liqa
20-ci tur
30 dekabr

Luton Taun – Çelsi 2:3
Qollar: Barkli, 80. Adebayo, 87 – Palmer, 12; 70. Madueke, 37.

Aston Villa – Börnli 3:2
Qollar: Beyli, 28. Diabi, 42. D.Luis, 89-pen – Amduni, 30. Foster, 71.

Kristal Pelas – Brentford 3:1
Qollar: Olise, 14; 58. Eze, 39 – Lyuis-Potter, 2.

Mançester Siti – Şeffild Yunayted 2:0
Qollar: Rodri, 14. X.Alvares, 61.

Vulverhempton – Everton 3:0
Qollar: Kilman, 25. Kunya, 53. Douson, 61.

Nottingem Forest – Mançester Yunayted 2:1
Qollar: N.Dominqes, 64. Gibbs-Uayt, 82 – Raşford, 78.

31 dekabr

Fulhem – Arsenal 2:1
Qollar: R.Ximenes, 29. Kordova-Reyd, 60 – Saka, 5.

Tottenhem – Bornmut 3:1
Qollar: Sarr, 9. Son, 72. Rişarlison, 80 – Skott, 84.

1 yanvar

Liverpul – Nyukasl 4:2
Qollar: Salah, 49; 86. Cons, 74. Qakpo, 78 – A.İsak, 54. Botman, 81.

2 yanvar

Vest Hem – Brayton 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: