Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Şamaxı” mövsümün ikinci yarısının hazırlığına yanvarın 10-da Şamaxıda start verəcək.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, artıq komandanın toplanış zamanı keçirəcəyi ilk yoxlama oyunun vaxtı da məlumdur. Belə ki, Ramiz Məmmədovun çalışdırdığı kollektiv yanvarın 14-də “Araz Saatlı” ilə qarşılaşacaq. Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək bu oyuna saat 14:00-da start veriləcək.
Yeri gəlmişkən, Şamaxının eyniadlı komandasında bu qış ilk ayrılıq da gerçəkləşib. Belə ki, futbolçu Elçin Rəhimli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, “Şamaxı” Birinci Liqanın 2023/2024 mövsümünün geridə qalmış ilk dövrəsində 12 oyun keçirib, 6 qələbə qazanıb, 4 heç-heçə edib və 2 məğlubiyyətə üzülüb. Komanda hazırda 22 xalla 2-ci pillədə qərarlaşıb və lider “Qaradağ Lökbatan”dan 5 xal geri qalır.


