Lukas Alario “Ayntraxt”ı Braziliya klubuna dəyişdi

Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu Argentina millisində də oynamış mərkəz hücumçusu Lukas Alario ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, 31 yaşlı forvard bundan sonrakı karyerasını Braziliyanın “İnternasyonal” klubunda davam etdirəcək.

Bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb. “İnternasyonal” bu transferə görə Almaniya klubuna 3 milyon avro ödəyib. Təcrübəli hücumçu yeni klubu ilə müddəti 2025-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə bağlayıb.

Lukas Alario “Ayntraxt”a 2022-ci ilin iyul ayında 6 milyon avro qarşılığında Leverkuzen “Bayer”indən gəlmişdi. O, Bundesliqa təmsilçisinin heyətində cəmi 26 oyuna çıxıb və 2 qola imza atıb.

Alario daha öncə “Bayer”dən başqa “River Pleyt” və “Kolon”da da oynayıb. Hücumçu Argentina milli komandasında da 9 oyun keçirib və 3 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: