Türkiyədə təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibinin adına aydınlıq gəlib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda ilk matçında Rumıniyanın “Rapid” (Buxarest) kollektivi ilə qarşılaşacaq.
Görüş yanvarın 9-da “Mardan” İdman Kompleksinin ehtiyat meydançasında baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00-da) start veriləcək.
Xatırladaq ki, “Sabah”ın Antalyadakı təlim-məşq toplanışı yanvarın 15-nə qədər davam edəcək. Paytaxt təmsilçisi Türkiyədə daha bir yoxlama matçı keçirməyi planlaşdırır. Amma digər rəqibin adına hələ aydınlıq gəlməyib.


