Futbol üzrə Azərbaycan çempionatlarında 2023/2024 mövsümü üçün qış “transfer pəncərəsi” bu gündən etibarən açılıb.
Arena.az xəbər verir ki, klublarımız heyətlərinə cəlb etdikləri futbolçuları bu gündən etibarən qeydiyyatdan keçirə biləcəklər.
Qış “transfer pəncərəsi” fevralın 8-də, saat 23:59-da bağlanacaq. Komandaların yeni oyunçular almaq üçün 29 gün vaxtları olacaq.
Xatırladaq ki, 2023/2024 mövsümü üçün yay “transfer pəncərəsi” 2023-cü ilin 15 iyun – 5 sentyabr aralığında olub.


