Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” Antalyadakı hazırlıq prosesi çərçivəsində yanvarın 14-də ikinci sınaq matçına çıxacaq.
Arena.az xəbər verir ki, artıq paytaxt klubunun növbəti rəqibi də məlumdur.
Murad Musayevin rəhbərlik etdiyi komanda növbəti yoxlama oyununda Ukraynanın “Vorskla” kollektivi ilə qarşılaşacaq. Yanvarın 14-də Hüseyn Aygün Futbol Mərkəzinin stadionunda baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00) start veriləcək.
Xatırladaq ki, “Sabah” Türkiyədəki ilk sınaq matçında Rumıniyanın “Rapid” (Buxarest) kollektivi ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.
“Bayquşlar”ın Antalyadakı təlim-məşq toplanışı yanvarın 15-nə qədər davam edəcək.


