Birinci Liqada 2023/2024 mövsümünün ikinci dövrəsinə hazırlaşan “Şamaxı” 3 futbolçusu ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müdafiəçi Kənan Quliyev, yarımmüdafiəçi Abbas Ağazadə və hücumçu Elşad Tağıyevlə yeni müqavilə imzanıb. Hər üç futbolçu yeni razılaşmaya əsasən növbəti mövsümün sonuna qədər bu komandanın formasını geyinəcək.
Xatırladaq ki, Şamaxının eyniadlı təmsilçisi bu qış fasiləsində 3 oyunçusu ilə də yollarını ayırdığını açıqlamışdı. Yarımmüdafiəçi Elçin Rəhimli, hücumçular Emil Qasımov və Rövşən Şahmuradovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilmişdi.
“Şamaxı” Birinci Liqada mövsümün ilk dövrəsindən sonra 22 xalla 2-ci pillədə qərarlaşıb.


