“Kəpəz”in “İmişli” ilə sınaq matçı ləğv olundu

2023/2024 mövsümünün ikinci yarısına hazırlığını davam etdirən “Kəpəz”in “İmişli” ilə yoxlama oyunu ləğv edilib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, sabaha planlaşdırılan bu oyunun ləğv edilməsinə qərar verilib. Əlverişsiz hava şəraiti səbəbindən görüş baş tutmayacaq.

Xatırladaq ki, “Kəpəz” qış təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu “Qəbələ”yə qarşı keçirmiş və 2:1 hesabıyla qalib gəlmişdi.

Gəncə təmsilçisi Premyer Liqanın qış fasiləsində 14 xalla 9-cu illədə yollanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: