Sərtan Taşkının komandası kubokla vidalaşdı

Futbol üzrə Azərbaycan millisinin sağ cinah müdafiəçisi Sərtan Taşkının formasını geyindiyi “Manisa” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Türkiyə Kubokunun 1/16 final mərhələsi çərçivəsində Super Liqa təmsilçisi “Trabzonspor”la qarşılaşıb.

Manisa təmsilçisi bu rəqibinə 1:3 hesabıyla məğlub olaraq Türkiyə Kubokunda mübarizəni dayandırıb.

Sərtan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, Sərtan “Boluspor”a bu ilin yanvar ayında “Turan Tovuz”dan transfer olunub. Onun Türkiyə klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Manisanın eyniadlı təmsilçisində hələlik 1 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: