Afrika Millətlər Kuboku: Mərakeş qələbəni əldən verdi

Kot-d’İvuarda 24 komandanın iştirakı ilə təşkil olunmuş futbol üzrə sayca 34-cü Afrika Millətlər Kuboku davam edir.

Arena.az məlumat verir ki, yanvarın 21-də qrup mərhələsinin 2-ci turuna yekun vurulub.

Bu gün də üç qarşılaşma baş tutub. E qrupunda Cənubi Afrika yığması Namibiyanın qapısından 4 cavabsız top keçirib.

F qrupunda keçirilmiş hər iki oyunda isə oxşar nəticə qeydə alınıb. Mərakeş yığması Konqo Demokratik Respublikası ilə, Zambiya millisi də Tanzaniya ilə oyunda 1 qol və 1 xala razılaşıb.

Yanvarın 13-də start verilmiş və Kot-d’İvuarın 5 şəhərinin 6 stadionunda keçirilən Afrika Millətlər Kubokuna fevralın 11-də yekun vurulacaq.

Afrika Millətlər Kuboku
Qrup mərhələsi, 2-ci tur
21 yanvar

E qrupu

Cənubi Afrika – Namibiya 4:0
Qollar: Tau, 14-pen. Zvane, 25; 40. Maseko, 75.

Xallar: Mali – 4. Cənubi Afrika – 3. Namibiya – 3. Tunis – 1.

F qrupu

Mərakeş – Konqo DR 1:1
Qollar: Ə.Hakimi, 6 – Silas, 76.

Zambiya – Tanzaniya 1:1
Qollar: Daka, 88 – Msuva, 11.

Xallar: Mərakeş – 4. Konqo – 2. Zambiya – 2. Tanzaniya – 1.

Xəbəri sosial şəbəkələrdə paylaş: