UEFA “Qarabağ”a 1 milyon 516 min avro ödəniş etdi

UEFA futbol üzrə Avropa Liqasında mübarizə aparan Azərbaycan çempionu “Qarabağ”a 1 milyon 516 min avro ödəniş edib.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bu məbləğ Azərbaycan çempionunun 2023/2024 mövsümünda Avropa Liqasının qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar verilib.

Ağdam klubu qələbəyə görə 630 min avro, bərabərlik üçün 210 min avro alıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnirin pley-off mərhələsinə yüksəldiyindən 550 min avro, performans bonusu olaraq isə 126 min avro gəlir əldə edib.

Xəbərdə bildirilir ki, UEFA tərəfindən ayrılmış müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

  • 840,000 (səkkiz yüz qırx min) avro – Avropa Liqasının qrup mərhələsinin son iki oyununda əldə etdiyi qələbə (630.000) və bir heç-heçəyə (210.000) görə
  • 550,000 (beş yüz əlli min) avro – Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandığı üçün
  • 126,000 (yüz iyirmi altı min) avro – performans bonusu

Cəmi: 1.516.000 (bir milyon beş yüz on altı min) avro

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: