Bəhruz Qurbanlı İspaniya klubu ilə müqavilə bağladı

Azərbaycanlı futbolçu Bəhruz Qurbanlı bundan sonrakı karyerasını İspaniyanın “Union Deportivo Montixo” komandasında davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub sosial şəbəkə hesabları vasitəsilə məlumat yayıb.

“Neftçi”nin yetirməsi olan, son olaraq bu klubun əvəzedici komandasında çıxış edən 18 yaşlı hücumçu İspaniya klubu ilə uzunmüddətli müqaviləyə imza atıb. Bəhruz Qurbanlı ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Xatırladaq ki, “Union Deportivo Montixo” Sequnda Divizionun (statusuna görə İspaniyada 4-cü liqa) 5-ci qrupunda yarışır. Hazırda bu komanda 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: