Premyer Liqa: 20-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Sabah Tovuzda baş tutacaq turun açılış matçında “Turan Tovuz” “Səbail”i qəbul edəcək. Bu oyunu Rauf Allahverdiyev idarə edəcək.

Şənbə gününə təsadüf edəcək “Kəpəz” – “Qarabağ” oyununda Nicat İsmayıllı söz sahibi olacaq. “Zirə” – “Sabah” matçına isə Rauf Cabbarov təyin edilib.

Nəhayət, bazar günü keçiriləcək “Araz-Naxçıvan” – “Sumqayıt” matçı FİFA referisi Əliyar Ağayevə həvalə edilib. “Neftçi” – “Qəbələ” matçını da İnqilab Məmmədov idarə edəcək.

Premyer Liqa
20-ci tur
26 yanvar

“Turan Tovuz” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz şəhər stadionu, 15:00.

27 yanvar

“Kəpəz” – “Qarabağ”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 15:00.

“Zirə” – “Sabah”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Elçin Məsiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 17:30.

28 yanvar

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Dalğa Arena”, 15:00.

“Neftçi” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 17:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: