Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 20-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında “Neftçi” doğma meydanda çempionatın aşkar autsayderinə çevrilmiş “Qəbələ”ni qəbul edib.
“Ağ-qaralar” bu oyundan öncə 29 xalla 4-cü pillədə qərarlaşmışdılar. Əyalət təmsilçisi isə 14 xalla sonuncu – 10-cu sıradaydı.
Bu görüşdə isə qapılara qörd qol vurulub. Yekunda paytaxt təmsilçisi inamlı qələbəyə sevinib və 2-ci sıraya yüksəlib.
Premyer Liqa
20-ci tur
28 yanvar
“Neftçi” – “Qəbələ” 3:1
Qollar: Emin Mahmudov, 61-pen. Dieqo Valdes, 67. Brayan Moreno, 90+5 – Emil Səfərov, 87.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Vüqar Həsənli.
Bakı. “Neftçi Arena”, 17:30.
Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 41. Samir Həsənov, 16. Lukas Melano, 88. Brayan Moreno, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.
Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.


