“Qarabağ” Azərbaycan Kubokunda “Sabah”a 7 qol vurdu!

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Masazırda baş tutub.

Burada meydan sahibi “Sabah” “Qarabağ”la üz-üzə gəlib.

Bu komandalar ölkə kubokunda ilk dəfə üz-üzə gəliblər. Matç paytaxt təmsilçisi üçün uğursuz alınıb. Rəqibinə səfərdə 7 qol vuran “Qarabağ” cütün taleyini elə ilk 90 dəqiqədə bitirib. Buraxılan qollardan yalnız birinin əvəzini çıxa bilən “Sabah” çətin ki, cavab matçında nəyəsə ümid bəsləsin.

Xatırladaq ki, daha öncə “Zirə” də “Səbail”ə səfərdə 2:1 hesabıyla qalib gəlmişdi. Daha iki oyun sabah keçiriləcək.

Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları fevralın 8-9-da keçiriləcək.

Azərbaycan Kuboku
1/4 finalın ilk oyunları
30 yanvar

“Sabah” – “Qarabağ” 1:7
Qollar: Jesse Sekidika, 63 – Hamidu Keyta, 20. Olavio Juninyo, 28; 55. Nəriman Axundzadə, 45+3. Abdullah Zubir, 77; 90+3. Adama Diakabi, 87.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
“Masazır Arena”, 19:00

Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 75. Emil Həbibov, 10. Namiq Ələsgərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vensan Till, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 11. Adama Diakabi, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: