Rahil Məmmədov Serbiya klubuna qarşı yarım saat oynadı

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın LKS klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Serbiyanın “Radniçki” komandasına qarşı keçirdikləri yoxlama oyununun iştirakçısı olub.

Rahil bu oyuna start heyətində başlayıb. O, 30-cu dəqiqədə əvəzlənib.

Qarşılaşma isə 1:1 hesabıyla yekunlaşıb. 16-cı dəqiqədə hesabı açan Polşa klubu, cəmi 1 dəqiqə sonra üstünlüyü əldən verib.

Xatırladaq ki, Rahil Məmmədov Lodz təmsilçisi ilə bir müddət öncə 1,5 illik müqavilə imzalayıb. O, Polşa klubuna “Qarabağ”dan keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: