Premyer Liqa: 21-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Sabah baş tutacaq turun açılış qarşılaşmasında “Səbail”lə “Qarabağ” komandaları üz-üzə gələcəklər. Bu oyunu Cavid Cəlilov idarə edəcək.

“Sabah”la “Turan Tovuz”un oyunu İnqilab Məmmədova tapşırılıb.

“Sumqayıt” – “Neftçi” matçında Elçin Məsiyev söz sahibi olacaq. “Qəbələ” – “Zirə” matçı Rəşad Əhmədova həvalə edilib.

Turun qapanış matçı fevralın 5-də “Kəpəz”lə “Araz-Naxçıvan” arasında keçiriləcək. Bu oyunun baş hakimi isə Kamal Umudlu olacaq.

Premyer Liqa
21-ci tur
3 fevral

“Səbail” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Bayıl Arena”, 15:00.

“Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Masazır Arena”, 17:30.

4 fevral

“Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.

“Qəbələ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:30.

5 fevral

“Kəpəz”– “Araz-Naxçıvan”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: