“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, baş məşqçi Qurban Qurbanov qarşıdakı oyunlar üçün 24 futbolçunun adını sifariş edib.
Qış fasiləsində transfer edilən Aleksey İsayev də heyətə salınıb. Əvəzində qeyri-sabit oyunu ilə diqqət mərkəzində olan Adama Diakabinin adı siyahıda yer almayıb.
Qapıçılar: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 89. Amin Ramazanov;
Müdafiəçilər: 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 83. Nihad Quliyev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç;
Yarımmmüdafiəçilər: 27. Toral Bayramov, 7. Yassin Benzya, 65. Patrik Andrade, 24. Aleksey İsayev, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 6. Julio Romao, 19. Redon Cica, 10. Abdullah Zubir;
Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 90. Nəriman Axundzadə.
Xatırladaq ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə keçirəcək. Bu komandalar arasındakı cavab görüşü isə ayın 22-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


