Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.
“Boxum” – “Auqsburq” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Frayburq” evdə “Ştutqart”a, “Maynts” isə “Verder”ə məğlub olub. “Köln”ün qonağı olan “Ayntraxt” da turu xalsız başa vurub.
Lider “Bayer” səfərdə “Darmştadt”la qarşılaşıb və növbəti qələbəsini qazanıb. Son çempion “Bayern” də Mönhenqladbax “Borussiya”sı ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
20-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Almaniya, Bundesliqa
20-ci tur
2 fevral
Haydenhaym – Borussiya (Dortmund) 0:0
3 fevral
Bayern – Borussiya (Mönhenqladbax) 3:1
Qollar: Pavloviç, 45. Keyn, 70. De Liqt, 86 – Elvedi, 35.
Boxum – Auqsburq 1:1
Qollar: Broşinski, 33.
Darmştadt – Bayer 0:2
Qollar: Tella, 33; 52.
Frayburq – Ştutqart 1:3
Qollar: Kubler, 45+11 – Undav, 3. Fuhrix, 7. Mittelstadt, 74.
Maynts – Verder 0:1
Qol: Dukş, 2.
Köln – Ayntraxt 2:0
Qollar: Alidou, 68. Tilmann, 80.
4 fevral
18:30. Volfsburq – Hoffenhaym
20:30. Leypsiq – Union Berlin


