Bundesliqanın 20-ci turu çərçivəsində “Darmştadt”a qarşı səfər oyunu (2:0) Leverkuzen “Bayer”i üçün əlamətdar olub.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, “Bayer” ilk 20 tur çərçivəsində topladığı 52 xalla Bundesliqa tarixində 3-cü ən yüksək nəticəyə imza atıb.
Bundesliqanın ilk 20 oyununda yalnız “Bayern” daha çox xal toplayıb. 2013/2014 mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında münhenlilər 56 xal, 2015/2016 mövsümündə isə yenə də ispan mütəxəssislə birlikdə 53 xal toplayıblar.
Vurğulayaq ki, Xabi Alonsonun komandası geridə qalmış 2022/2023 mövsümü ərzində 50 xal toplamışdı.
Hazırda Leverkuzen təmsilçisi 52 xalla Bundesliqada turnir cədvəlinə başçılıq edir. Almaniya nəhəngi “Bayern” isə 50 xalla “əczaçılar”ı təqib edir.


