Bəhlul Mustafazadə “Səbail” üzərində qələbəni şərh etdi

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasının 21-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

26 yaşlı futbolçu 2:1 hesablı qələbəyə sevindikləri matçın ardından Arena.az saytına açıqlamasında bunları söyləyib:

“Bərabər səviyyəli oyun getdi. Matçın müəyyən qismində onlar bizi üstələdilər, bəzi anlarda da biz üstün olduq. Ümumi götürsək, həm azarkeşlər üçün, həm də bizim üçün çox yaxşı oyun keçdi.

Biz azlıqda qalandan sonra oyunun “Səbail”in hücumları şəraitində keçəcəyini bilirdik. Çünki azlıqda qalan komanda üçün mübarizə aparmaq çətin olur. Rəqib hesabı bərabərləşdirə bilərdi. Müdafiədə bəzi boşluqlarımızın olmasına baxmayaraq, fikrimcə, yaxşı çıxış etdik və qələbə hesabını qoruya bildik”.

Xatırladaq ki, Bəhlul Mustafazadə “Səbail”lə matçda 90 dəqiqə meydanda olub.

“Qarabağ” 21 turdan sonra 50 xalla Premyer Liqanın turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Nahid Məmmədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: