Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri sabah satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletlər saat 12:00-dan etibarən iticket.az-da onlayn şəkildə satışa çıxarılacaq. Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Xatırladaq ki, fevralın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Sabah” oyununa saat 20:00-da start veriləcək.


