Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 21-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Dortmund “Borussiya”sı doğma meydanda “Frayburq”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıblar.
21-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
21-ci tur
9 fevral
Borussiya (Dortmund) – Frayburq 3:0
Qollar: Malen, 16; 45+7. Fullkruq, 87.
10 fevral
18:30. Auqsburq – Leypsiq
18:30. Borussiya (Mönxenqladbax) – Darmştadt
18:30. Ayntraxt – Boxum
18:30. Union Berlin – Volfsburq
18:30. Verder – Haydenhaym
21:30. Bayer – Bayern
11 fevral
18:30. Ştutqart – Maynts
20:30. Hoffenhaym – Köln


