“Braqa”nın müdafiəçisi Paulo Oliveyra Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyun barədə danışıb.
Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu matçdan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
“Doğma azarkeşlər önündə oynayacağıq. Bu, bizə əlavə üstünlük verəcək. Bilməliyik ki, bu, pley-off mərhələsidir. Nə qədər bacarıqlı və ciddi olsaq, növbəti görüşdə bir o qədər üstünlük əldə edə bilərik. Keyfiyyətimizi göstərməliyik. Yaxşı nəticə qazanmaq istəyirik. Hamımız üçün vacib yarışda irəliləmək üçün əlimizdən gələni edəcəyik. Çox çətin qarşılaşma olacaq”.
Xatırladaq ki, bu gecə keçiriləcək “Braqa” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.


