“Braqa” – “Qarabağ”: Start heyətlər açıqlandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya “Braqa”sı ilə ilk oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Avroliqanın 1/8 finalına vəsiqə uğrunda mübarizə aparan komandaların ilk görüşü Portuqaliyada keçiriləcək.

Artıq komandaların ilk oyunda hansı heyətlərlə mübarizə aparacağı da məlumdur. Heyətlərlə sizi də tanış edirik.

Qeyd edək ki, 1/8 finala vəsiqə qazanmaq iddiasında olan “Qarabağ” səfərdən sərfəli nəticə ilə dönməyə çalışacaq.

Bu komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Avropa Liqası
Pley-offun ilk oyunu
15 fevral

00:00. “Braqa” – “Qarabağ”
Baş hakim: Morten Knoq (Danimarka).
Braqa. “Estadio Munisipal”.

Braqa: 1. Mateus, 2. Viktor Qomes, 4. Siku Niakate, 9. Abel Ruis (k), 14. Alvaro Djalo, 15. Paulo Oliveyra, 16. Rodriqo Salasar, 18. Vitor Karvalyo, 23. Simon Bansa, 26. Kristian Borxa, 28. Joao Moutinyo.
Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukaş Horniçek, 5. Sərdar Saatçı, 6. Xose Fonte, 10. Şer Ndur, 11. Rocer Fernandes, 17. Yosafat Mendes, 20. Roni Lopes, 22. Pissi, 55. Çissumba, 59. Yan Said, 90. Djibril Sumare.
Baş məşqçi: Artur Jorje.

Qarabağ: 99. Andrey Lunyov, 2. Mateus Silva, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 44. Elvin Cəfərquliyev. 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 65. Patrik Andrade, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: