Bundesliqa: “Verder” “Köln”ə səfərdə qalib gəldi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2023/2024 mövsümünün 22-ci turunun qarşılaşmalarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Köln” doğma meydanda “Verder”lə qarşılaşıb. Bremen təmsilçisi səfərdən qələbə ilə qayıtmağı bacarıb.

22-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
22-ci tur
16 fevral

Köln – Verder 0:1
Qol: Njinmah, 70.

17 fevral

18:30. Darmştadt – Ştutqart
18:30. Haydenhaym – Bayer
18:30. Hoffenhaym – Union Berlin
18:30. Maynts – Auqsburq
18:30. Volfsburq – Borussiya (Dortmund)
21:30. Leypsiq – Borussiya (Mönxenqladbax)

18 fevral

18:30. Frayburq – Ayntraxt
20:30. Boxum – Bayern

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: