Fin milyarder Tomas Zilliakus “İnter”in səhmlərinin 100%-ni almaq və bununla da kluba tam sahib olmaq məqsədilə rəsmi təklif verib.
Arena.az bu barədə “MEN Sport” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Zilliakus “Mançester Yunayted”i almaq istəyində olub, amma bu işdə britaniyalı milyarder Cim Retkliff onu qabaqlayıb. Bu səbəbdən finlandiyalı milyarder İtaliya bazarına baş vurub. O, “İnter”i 1,4 milyard avro məbləğində tamamilə satın almaq üçün rəsmi təkliflə çıxış edib.
Zilliakusu sahib olduğu, idman, dəb və rəqəmsal media üzrə ixtisaslaşmış “XIX Century Capital” sərmayə şirkəti dəstəkləyir.
Son aylarda, İtaliya nəhəngi “İnter”in gələcəyi çoxsaylı ehtikarlıq mövzusuna çevrilmişdi. Belə ki, kluba sahib olan “Suning” şirkəti “Oaktree Capital” şirkəti tərəfindən verilmiş nəhəng kredit borcunu cari ilin may ayına qədər ödəməlidir.
Mümkün seçimlər bu krediti yenidən maliyyələşdirilməsini və ya klubun satışını ehtiva edir. Fin milyarder Tomas Zilliakus tərəfindən təklifin rəsmən irəli sürülməsi səbəbindən indi “Suning” də rəsmi cavabla çıxış etməlidir: razılıq və ya rədd.


